Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlardan sonra saxlanılanların sayı 700 nəfərə çatır.
Demokrat.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanin Tvitter hesabında yazıb.
“Dünən gecə polisimiz, jandarmımız və yanğınsöndürənlərimiz cəsarətlə nadir zorakılıqla üzləşdilər. Mənim qəti göstərişimə uyğun olaraq 667 nəfəri həbs ediblər”, - paylaşımda bildirilib.
Cette nuit, nos policiers, gendarmes et sapeurs-pompiers ont encore fait face, avec courage, à une rare violence.
— Gérald DARMANIN (@GDarmanin) June 30, 2023
Conformément à mes instructions de fermeté, ils ont procédé à 667 interpellations.
***11:20
Fransada yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra ölkənin müxtəlif bölgələrində başlayan etirazlar zamanı saxlanılanların sayı 650 nəfəri ötüb.
Demokrat.az xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Jerald Darmanen tviter hesabında yazıb.
“İğtişaşların sərt şəkildə yatırılması ilə bağlı göstərişlərimə uyğun olaraq polis və jandarmlar 667 nəfəri saxlayıblar”, - o bildirib.
Qeyd edək ki, iyunun 27-də Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzairəsilli Nael adlı 17 yaşlı yeniyetmə qətlə yetirilib. Hadisənin sosial mediada yayımlanan görüntülərinə əsasən, yeniyetmə polis zorakılığının qurbanı olub. Yayılan videoda polisin “İndi başından vuracağam” ifadəsi də aydın eşidilir.
Hadisədən sonra Parisin qərbində, yeniyetmənin öldürüldüyü Nanterdə və ölkənin bir sıra şəhərlərində polis zorakılığına qarşı etiraz aksiyaları keçirilib.
Yeniyetməni güllələməkdə təqsirli bilinən polis əməkdaşı saxlanılıb.


