Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, ölkəsi heç vaxt öz ərazisindəki münaqişənin dondurulmasına razı olmayacaq.
Demokrat.az xəbər verir ki, o, bunu Ukraynanın Konstitusiya Gününə həsr olunmuş Ali Şuranın iclasında çıxışı zamanı deyib.
"Biz heç vaxt dondurulmuş münaqişənin heç bir forması ilə razılaşmayacağıq”, deyə Ukrayna lideri bildirib.
Prezident həmçinin qeyd edib ki, bir çox ölkələr onun Ukraynadakı münaqişənin həlli üçün "sülh formulunu” dəstəkləyir.
2022-ci ilin noyabrında Zelenski G20 sammitində çıxışı zamanı 10 bənddən ibarət "sülh formulu”nu açıqlamışdı. Sənəddə xüsusilə, 1991-ci il sərhədləri daxilində Ukrayna sərhədlərinin bərpası, "hamı hamı üçün” düsturuna əsasən məhbusların mübadiləsi, nüvə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.//Qaynarinfo


