İdman

"Çelsi"nin futbolçusu karyerasını "Milan"da davam etdirəcək

Çelsinin futbolçusu karyerasını Milanda davam etdirəcək

“Çelsi”nin yarımmüdafiəçisi Ruben Loftus-Çik karyerasını “Milan”da davam etdirəcək.

Demokrat.azxəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano tviter səhifəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, İtaliya klubu futbolçu üçün 16 milyon avro ödəyəcək. Daha 4 milyon avro bonus olaraq “Çelsi”nin hesabına köçürülə bilər.

Ötən mövsüm Loftus-Çik London klubunun heyətində 33 dəfə meydana çıxıb və iki dəfə məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2024-cü ilin yayına kimidir.

“Transfermarkt”a görə oyunçunun bazar dəyəri 25 milyon avrodur. 27 yaşlı futbolçu 2015-ci ilin yanvarında “Çelsi”yə keçib.

D
demokrat.az