Gündəm

“Vaqner”çilərlə birlikdə döyüşmək istəməyən azərbaycanlılar işgəncəyə məruz qalıblar — VİDEO

“Vaqner”çilərlə birlikdə döyüşmək istəməyən azərbaycanlılar işgəncəyə məruz qalıblar — VİDEO

“Üç “Caliber” raketi, beş İran istehsalı dron, dörd istehsal mənbəyi bilinməyən PUA-larla hücuma cəhd edilib. Nəticədə Çerniqov vilayəti dağıntılara məruz qalıb”

Demokrat.az xəbər verir ki, bu barədə Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov məlumat verib.

O bildirib ki, Rusiya Ordusu tərəfindən Çerniqov, Çerkassı və Poltava vilayətlərinə hava hücumu təşkil olunub.

Qeyd edilib ki, Zaporojye Atom Elektrik Stansiyası istiqamətində vəziyyət olduqca gərgindir. Rusiyanın Kaxovka Su Elektrik Stansiyasından sonra Zaporojyedə də böyük partlayış törətməsi ehtimalı var.

O da bildirilib ki, “Vaqner” şirkəti Donetskdə separatçıların nəzarəti altında olan həbsxanalarda məhkum azərbaycanlıları döyüşə cəlb etməyə cəhd göstərib:

“Lakin həmyerlilərimiz bundan imtina ediblər. Nəticədə onlar “Vaqner”çilər tərəfindən işgəncəyə məruz qalıblar və razı olmayacaqları təqdirdə onları daha ağır vəziyyətin gözləyəcəyi bildirilib”.

D
demokrat.az