İdman

"Çelsi"nin daha bir futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

Çelsinin daha bir futbolçusu Səudiyyə Ərəbistanında oynayacaq

İngiltərənin "Çelsi" klubunun futbolçusu Kalidu Kulibali karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Demokrat.az xəbər verir ki, 31 yaşlı müdafiəçi "Əl-Hilal" klubunda tibbi müayinədən keçib.

Qeyd edək ki, seneqallı oyunçu 2022-ci ildə İtaliya "Napoli"sindən London təmsilçisinə transfer olunub.

O, ötən mövsüm "zadəganlar"ın heyətində 32 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Daha əvvəl "Çelsi"nin digər üzvlərindən Hakim Ziyeş “Əl-Nəsr”ə, Eduard Mendi "Əl-Əhli"yə, N Qolo Kante isə “Əl-İttihad"a keçib.//Report

D
demokrat.az