Region Özəl

229 əfqan Türkiyədən deportasiya edildi

229 əfqan Türkiyədən deportasiya edildi

Əfqanıstandan Türkiyəyə qeyri-qanuni yollarla daxil olan 229 əfqan ölkələrinə geri göndərilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Sözcü" qəzeti məlumat yayıb.

Bildirilib ki, ölkəyə qeyri-qanuni yollarla daxil olan əcnəbilərin ölkədən deportasiya edilməsi işləri davam etdirilir.

Bu işlər çərçivəsində Türkiyənin Miqrasiya İdarəsi Ərzurumdan 229 qeyri-qanuni miqrantı öz vətənlərinə geri göndərib.

Xatırladaq ki, 1 yanvar 2023-cü il tarixindən bəri 1 232-si Əfqanıstan, 390-ı Pakistan və 877-si digər ölkə vətəndaşlarından ibarət olan 2 499 miqrant Türkiyədən deportasiya edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova