ABŞ-ın dövlət katibi Entoni Blinken müharibədən əziyyət çəkən Ukraynanın enerji və infrastruktur ehtiyacları üçün 1,3 milyard dollardan çox əlavə yardım ediləcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, o, bu barədə Londonda təşkil edilən "2023 Ukrayna bərpa konfransı"nda çıxışı zamanı bildirib.
Entoni Blinken çıxışı zamanı Ukraynadakı müharibənin yaratdığı zərəri bərpa etmək üçün bir araya gəldiklərini söyləyib:
"Rusiya nə qədər məhv etməyə davam etsə də, biz Ukraynanın gələcəyinin yenidən qurulmasına kömək etmək üçün buradayıq. Bu bərpa Ukraynanın təhlükəsiz, müstəqil, Avropa ilə tam inteqrasiya olunmuş və dünya bazarlarına bağlı bir ölkə kimi inkişafının təməlini qoyur.
ABŞ Konqresinin dəstəyi ilə Ukraynaya bu məqsədə çatmaq üçün 1,3 milyard dollardan çox əlavə yardım göstərəcəyik".
Aysu Demokrat.az


