Dünya Özəl

Almaniya əhalisində rekord artım

Almaniya əhalisində rekord artım

Almaniya əhalisində son 32 ilin ən yüksək artımı qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi (Destatis) məlumat yayıb.

Məlumata əsasən, ölkə əhalisi 2022-ci ildə 1 milyon 122 min nəfər artaraq 84,4 milyonluq rekord səviyyəyə çatıb.

Destatis vurğulayıb ki, ötən il əhalinin sayının artması Almaniyaya əcnəbilərin köçməsi ilə bağlıdır.

Xalis immiqrasiya 2021-ci ildə 329 min olmasına baxmayaraq keçən il 1,46 milyona yüksəlib.

Qeyd edək ki, ötən il Almaniyaya gələn ukraynalıların sayı 915 min nəfər olub.

Aysu Demokrat.az

D
demokrat.az