Bakının Xəzər rayonunda 1997-ci il təvəllüdlü Aydın ailə münaqişəsi zəminində həyat yoldaşı Leylaya (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədən Aydının barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aydın ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, 2022-ci ildə Leyla ilə ailə həyatı qurub, birgə nikahlarından övladları yoxdur:
“Hazırda eyni ünvanda yaşayırıq. Yaşadığımız müddət ərzində dəfələrlə aramızda münaqişələr olub. Hadisə baş verən günü, saat 21.00-da Leyla ilə aramızda mübahisə baş verdi. Mübahisəyə səbəb Leylanın boşanmaq üçün sənədləri tələb etməm oldu. Mübahisə zamanı əsəbləşərək Leylanı əlim ilə qəsdən vuraraq, ona müxtəlif bədən xəsarətləri yetirdim”.
İş üzrə zərərçəkmiş Leylanın sözlərinə görə, hadisə günü yaşadıqları evdə olduğu zaman araların mübahisə baş verib:
“Mübahisəyə səbəb Aydının qonşuluqda olan metal əşyaların icazəsiz olaraq götürməsi, mənim Aydının barəsində öldürməklə hədələməsi barədə müraciət etməm və boşanmaq üçün sənədləri tələb etməm olub. Bu səbəbdən aramızda mübahisə baş verdi. Mübahisə zamanı Aydın məni döydü”.
Bu cinayət işinə Xəzər rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aydın aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzası məhkum edilib.
Fariz Məlikli Demokrat.az


