Dünya

Ukraynaya yeni PUA-lar veriləcək

Ukraynaya yeni PUA-lar veriləcək

Portuqaliya Ukraynaya yerli istehsal pilotsuz uçuş aparatları (PUA) göndərməyi planlaşdırır. Modern.azxəbər verir ki, bu barədə "Defense News" nəşri məlumat yayıb. Bildirilir ki, Ukraynaya quru və dəniz əməliyyatları üçün nəzərdə tutulan "Tekever" PUA-ları tədarük ediləcək. PUA-ların alınması Böyük Britaniyanın Ukrayna Beynəlxalq Fondu tərəfindən maliyyələşdiriləcək. Sistemlər həm quruda, həm də dənizdə geniş miqyaslı nəzarəti təmin etmək üçün nəzərdə tutulub. PUA-nın maksimum daşıma qabiliyyəti 4 kiloqramdır.

NE
Nihadə Eyyubova