İdman

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçür

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçür

Daha bir ulduz futbolçu Səudiyyə Ərəbistanına köçməyə hazırlaşır.

Demokrat.az xəbər verir ki, İngiltərənin “Çelsi” klubunun vingeri Hakim Ziyeş “Əl-Nəsr”dən sərfəli təklif alıb.

“Əl-Nəsr” rəhbərliyi 30 yaşlı oyunçu ilə danışıqları yekunlaşdırmaq üzrədir. Mərakeşli futbolçunun tam razılığı alındıqdan sonra London təmsilçisi ilə danışığa başlanılacaq. Ziyeşin “Çelsi” ilə müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.

Qeyd edək ki, portuqaliyalı Kriştianu Ronaldu da hazırda “Əl-Nəsr”də çıxış edir.//Report

D
demokrat.az