İdman

Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR

Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR

02-15 iyun 2023-cü il tarixlərdə Salyan şəhər 20 Yanvar küçəsində yerləşən Dəmiryolçu stadionunda Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə turnir keçirilmişdir. 8 komandanın iştirak etdiyi turnirdə yarışlar hər qrupda 4 komanda olmaqla 2 qrup üzrə A və B qrupları üzrə keçirilmişdir.

A qrupunda Qızılağac, Lokomotiv-gənclər , Dayıkənd və Kürsəngi komandaları mübarizə aparmışdır.

B qrupunda Sarvan, Yeni Muğan, Lokomotiv və Kürsəngi-2 komandaları mübarizə aparmışdır. Qrup oyunlarının yekununda qruplar üzrə I və II yeri tutmuş komandalar turnirin Yarımfinal mərhələsinə çıxmışdır. Yarımfinal oyunlarında Kürsəngi -2 Qızılağac, Lokomativ – Kürsəngi 1 komandaları qarşılaşmışdır. Oyunların qaliblər Qızılağac və Lokomativ komandaları turnirin finalına çıxmışdır.

15 iyun 2023-cü il tarixdə turnirin final oyunu baş tutmuşdur. Turnirin final oyununda Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Zamiq Əsgərov, şəhid ataları və yaxınları, qazilər və müharibə veteranları, rayonun idman ictimaiyyəti və futbol həvəskarları iştirak edirdi. Dövlət Himni səsləndirildi.

Final oyununda iştirak edən komanda üzvləri Salyan rayonunun Vətən Müharibəsi şəhidlərinin şəkilləri əks olunmuş plakatlarla meydana daxil oldular. Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra final oyununa start verildi. Final oyununda Lokomotiv və Qızılağac komandaları qarşılaşmış və oyunun əsas hissəsi 1:1 hesabı ilə bitdiyi üçün penalti zərbələrinə əsasən qalib müəyyənləşdi. Penalti zərbələrinin yekun nəticəsində Qızılağac komandası qarşılaşmada qalib gələrək, Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş futbol üzrə turnirdə I yeri tutdu.

Sonda Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov komandaları təbrik etdi və bildirdi ki, torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş bu turnirin rayonda futbolun kütləviləşməsində böyük rolu vardır. Şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov qeyd etdi ki, 44 günlük vətən müharibəsində Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur oldu, düşmən diz çökdü. Sonra Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Zamiq Əsgərov çıxış edərək bildirdi ki, Salyan rayonunun Qarabağ uğrunda canını fəda etmiş Şəhidlərinin əziz xatirəsinə həsr olunmuş turnir rayonda gənclərin futbola marağını daha da artırır.

Turnirin təltifetmə mərasimində I və II yeri tutmuş komandalar və turnirin seçilən oyunçuları Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov, Şəhid ataları, yaxınları, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Zamiq Əsgərov tərəfindən Salyan rayon Gənclər və İdman İdarəsinin diplom, kubok və medalları ilə təltif olundular.

Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR
Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR
Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR
Salyanda futbol üzrə turnir keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova