Hadisə Özəl

Filippində 6,3 bal gücündə zəlzələ baş verdi

Filippində 6,3 bal gücündə zəlzələ baş verdi

Filippinin Batanqas əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, bu gün səhər saatlarında Filippinin Batanqas əyalətində 6,3 bal gücündə zəlzələ baş verib.

Filippin Vulkanologiya və Seysmologiya İnstitutundan verilən açıqlamada zəlzələnin yerin 119 kilometr dərinliyində meydana gəldiyi vurğulanıb.

Baş verən zəlzələ səbəbindən sunaminin gözlənilmədiyi, 1,5 və 3,1 bal gücündə afterşokların yaşandığı qeyd edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova