İdman

"Qarabağ"ın Avstriyadakı rəqiblərindən biri bəlli olub

Qarabağın Avstriyadakı rəqiblərindən biri bəlli olub

"Qarabağ"ın Avstriyadakı təlim-məşq toplanışında yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.

Demokrat.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Legiya" komandası ilə qarşılaşacaq.

İyulun 1-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ" Avstriyaya iyunun 22-də yollanacaq.//Report

D
demokrat.az