Dünya Özəl

Blinken Stoltenberqlə görüşdü

Blinken Stoltenberqlə görüşdü

ABŞ dövlət katibi Antoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat xarici mediada yer alıb.

Məlumata görə, NATO-nun baş katibi Stoltenberq gələn ay Litvada keçiriləcək NATO Sammiti öncəsi Vaşinqtona səfər edib.

Stoltenberq rəsmi səfəri çərçivəsində Vaşinqtonda görüşüb və mətbuata açıqlamalar verib.

Blinken gələn ay keçiriləcək Vilnüs sammitinin mühüm dönüş nöqtəsi olacağına işarə edib və Alyans tarixinin ən kritik dövründə liderliyinə görə Stoltenberqə təşəkkür edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova