Dünya Özəl

Məşhur qrupun eksklüziv fotoları satışa çıxarılır

Məşhur qrupun eksklüziv fotoları satışa çıxarılır

Əfsanəvi “Beatles” musiqi qrupunun heç yerdə yayımlanmamış fotoları satışa çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumat xarici mediada öz əksini tapıb.

Bildirilib ki, qrupun üzvü Pol Makkartninin 1963-1964-cü illər arasında çəkdiyi 275 fotoşəkil ilk dəfə olaraq “1964: Fırtınanın gözləri” kitabında ictimaiyyətə təqdim edilib.

“Beatlemania” kimi tanınan dövrdə çəkilmiş fotoşəkillərdən ibarət kitab bu gün satışa çıxarılıb.

Qeyd edək ki, kitabda qrupun London, Liverpul və Paris səfərlərində çəkilmiş fotoşəkillər də yer alıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova