Dünya Özəl

ABŞ-da silahlı hücum: 9 nəfər yaralandı

ABŞ-da silahlı hücum: 9 nəfər yaralandı

ABŞ-ın Kolorado ştatının Denver şəhərində baş verən silahlı atışmada 9 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, hücum NBA finallarınının keçirildiyi "Ball Arena" yaxınlığında baş verib.

Silahlı şəxsin açdığı atəş nəticəsində 9 nəfər yaralanıb.

Hadisə yerinə polis və Təcili Tibbi Yardım qrupları gəlib. Hücum esən şəxs polis tərəfindən zərərsizləşdirilərək həbs olunub.

Yaralılardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova