Türkiyədə yaşayan qadın həkim işlədiyi xəstəxanada əri tərəfindən öldürülüb.
Demokrat.az xəbər verir ki, hadisə Türkiyənin Antalya şəhərinin Alanya bölgəsində baş verib.
Belə ki, boşanma mərhələsində olduğu bildirilən cütlük naməlum səbəbdən mübahisə edib.
Dava nəticəsində kişi arvadını işlədiyi xəstəxanada bıçaqlayıb, daha sonra tapança ilə özünü güllələyərək intihar edib.
Hadisə yerinə dərhal polis qrupları gəlib.
Hər iki yaralı dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


