Dünya Özəl

NASA indiyədək kosmosda ölənlərin sayını AÇIQLADI

NASA indiyədək kosmosda ölənlərin sayını AÇIQLADI

ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) və Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfərin öldüyü açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə NASA və Uçuş Təhlükəsizliyi Direktorunun müavini Nicel Pikam açıqlama verib.

O bildirib ki, 3 NASA və 2 Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla 5 cəhddə ölüm hadisəsi baş verib:

"Qəzalar tez-tez avadanlıq səhvi, insan səhvi və kosmosdan qaynaqlanan fövqəladə vəziyyətlər nəticəsində baş verir. Buna həmçinin idarəetmə səhvləri də aiddir. Bu səhvlər nəticəsində 21 nəfər həyatını itirib".

Xatırladaq ki, ölümlə nəticələnən ilk qəza 1986-cı ilin yanvarında kosmik gəminin havaya qalxmasından 73 saniyə sonra havada partlaması nəticəsində baş verib. Qəzada 7 nəfər dünyasını dəyişib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova