Xarkovda Rusiya kəşfiyyatına məlumat ötürdüyü iddia olunan 52 yaşlı kişi saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.
Xidmətin yaydığı açıqlamaya görə, tutulan şəxsin Ukrayna mövqelərində casusluqla məşğul olduğu bildirilib.
Həmçinin bildirilib ki, sözügedən şəxs müharibənin əvvəlində işə götürülüb və Ukrayna ordusunun mövqelərindəki şəxsi heyətin, silahların və hərbi qrupların koordinatlarının sayını öyrənməyə çalışıb.
Məsələ ilə əlaqədar araşdırmalar davam etdirilir. Cinayətkarı ömürlük həbs cəzası gözləyir.
Aysu Demokrat.az


