Dünya Özəl

Sudanda 24 saatlıq atəşkəs elan edildi

Sudanda 24 saatlıq atəşkəs elan edildi

Sudanda ordu və Çevik Dəstək Qüvvələri 24 saatlıq atəşkəs barədə razılığa gəlib.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Məlumata əsasən, ABŞ və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında münaqişəyə son qoymaq üçün danışıqlar davam etdirilir.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iki tərəfin nümayəndələri 24 saatlıq atəşkəs elan etmək barədə razılığa gəliblər.

Qeyd edək ki, atəşkəs sabah yerli vaxtla saat 07:00-da qüvvəyə minəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova