Avropa İttifaqının Humanitar Ofisi Kanadada davam edən meşə yanğınlarının söndürülməsinə yardım üçün 280 yanğınsöndürən göndərəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, Kanada hökuməti ölkənin cənubunda baş verən meşə yanğınları üçün Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində kömək istəyib.
Avropa İttifaqının sədri Ursula fon der Leyen məsələ ilə bağlı açıqlamasında bildirib ki, dəhşətli meşə yanğınları qarşısında Kanada ilə həmrəylik nümayiş etdiriləcək:
"Kanada bizdən dəstək istəyib və biz dərhal cavab veririk. Bu dəhşətli fəlakət qarşısında Kanada ilə həmrəyik. Ölkəyə yardım çərçivəsində Fransa, Portuqaliya və İspaniyadan 280 yanğınsöndürən göndəriləcək".
Aysu Demokrat.az


