Avstriyanın Tirol əyalətində qatarda yanğın baş verib.
Demokrat.az xəbər verir ki, yanğında 33 nəfər tüstüdən zəhərlənib, 151 sərnişin təxliyə edilib.
Hadisə yerinə dərhal Təcili Tibbi Yardım və xilasetmə qrupları gəlib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Avstriya Dəmiryollarının yaydığı açıqlamaya görə, yanğın iki mərtəbəli vaqonların üst qatında olan avtomobilin naməlum səbəbdən alovlanması ilə başlayıb.
Faktla bağlı prokurorluq araşdırmalara başlayıb.
Aysu Demokrat.az


