İsveçin xarici işlər naziri Tobias Billström NATO-ya üzvlük üçün Türkiyə və Macarıstanı üzvlüklərini təsdiqləməyə çağırıb.
Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Məlumata əsasən, o, bu barədə Norveçin paytaxtı Osloda keçirilən NATO Xarici İşlər Nazirlərinin toplantısında çıxışı zamanı danışıb.
Billström İsveçin NATO üzvlüyünə gedən yolunu “marafon” adlandırıb və bildirib ki, İsveç bu marafonun sonuna yaxınlaşır:
"NATO-ya üzvlük üçün demək olar ki, bütün kriteriyaları yerinə yetirmişik. Son olaraq Türkiyə və Macarıstandan təsdiq gözləyirik".
Aysu Demokrat.az


