Hadisə Özəl

Lənkəranda qadını öldürən şəxsin məhkəməsi başlayır

Lənkəranda qadını öldürən şəxsin məhkəməsi başlayır

Lənkəranda qəsdən adam öldüməkdə təqsirləndirilən Əminağa Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın məlumatına görə, cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İslam Neymanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Qeyd edək ki, bu ilin fevralın 17-də Lənkəran rayonu Yuxarınüvədi kəndində evlərin birində 1952-ci il təvəllüdlü Zümrüd Əliyevanın bıçaq xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub.

İlkin araşdırmalarla cinayət əməlinin tamah məqsədilə törədilməsi müəyyən edilib. Evdən 5 000 manat pul və qızıl zinət əşyaları talanıb.

Cinayəti törətməkdə şübhəli bilinən kənd sakini 1966-cı il təvəllüdlü Əminağa Quliyev tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) madədsi üzrə ititham irəli sürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az