Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın paytaxt Kiyevə edilən raket hücumu ilə bağlı paylaşım edib.
Demokrat.az xəbər verir ki, bu barədə "İHA" məlumat yayıb.
Məlumata əsasən, Prezidentin paylaşdığı görüntülərdə məktəbdən çıxan ukraynalı uşaqların Rusiyanın raket hücumu zamanı qışqıraraq qaçdıqları görülüb.
Hadisə ilə bağlı Prezident Zelenski qeyd edib: “Uşaqlarımızı və xalqımızı Rusiya terrorundan qoruyan hər kəsə təşəkkür etmək istərdik. Ukraynalı uşaqlar hər gün məktəbə gedərkən bu qorxunu yaşayırlar”.

Aysu Demokrat.az


