Almaniya kansleri Olaf Şolts prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, onu yenidən seçilməsi münasibətilə təbrik edib.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Almaniya kansleri Şolts prezident Ərdoğanın seçkilərdəki uğuruna görə təbrik edib və nəticələrin türk xalqı üçün xeyirli olmasını arzulayıb.
Olaf Şolts yeni dövrdə Türkiyə ilə ortaq məsələləri irəli sürmək istədiklərini vurğulayıb.
Öz növbəsində Prezident Ərdoğan iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün addımlar atacaqlarına inandığını bildirib.
Aysu Demokrat.az


