Dünya Özəl

"Meta" cərimələndi

Meta cərimələndi

"Facebook"un sahibi olan "Meta" şirkəti məxfilik qaydalarını pozduğuna görə, 1,2 milyard avro cərimə olunub.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, şirkət məlumat ötürülməsində məxfilik qaydalarını pozduğuna görə, Avropa İttifaqının (Aİ) Məlumatların Mühafizəsi Şurasının əmri ilə 1,2 milyard avro cərimələnib.

Cərimənin səbəbi avropalı "Facebook" istifadəçilərinin məlumatlarının ABŞ-dakı serverlərə ötürülməsi olub.

Qeyd edək ki, bu, dünyada İKT sahəsində fəaliyyət göstərən şirkətə qarşı indiyədək tətbiq edilən ən yüksək cərimədir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova