Rusiya Daxili İşlər Nazirliyi Vladimir Putinin həbsinə order verən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunu axtarışa verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya DİN 1970-ci il təvəllüdlü, Böyük Britaniya vətəndaşı Xan Kərim Əsəd Əhmədi Rusiya Federasiyası Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verib.
Məlumat bazasında Haaqa prokurorunun hansı maddə ilə axtarışa verilməsi göstərilməyib.


