Honq-Konqda eyni komandanın 11 futbolçusu danışılmış oyunlarla bağlı saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Honq Konq Müstəqil Korrupsiyaya Qarşı Mübarizə İdarəsi məlumat yayıb.
Məlumata əsasən, danışılmış oyunlarla bağlı istintaq çərçivəsində 11 futbolçu və baş məşqçi də daxil olmaqla 23 nəfər saxlanılıb.
Qurumun baş müfəttişi Keyt Çeuk keçirdiyi mətbuat konfransında bildirib ki, sözügedən cinayətlər arasında rüşvətxorluq və matçların nəticələrini dəyişdirmək var:
"Bu əməliyyat son illərdə danışılmış oyunlara qarşı həyata keçirilən ən böyük əməliyyatdır. Bu, komandaların nə qədər yaxşı oynadıqları deyil, onların nə qədər yaxşı saxtakarlıq etdiklərini sübut edir".
Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


