Fələstin və İsrail qarşılıqlı atəşkəs haqqında razılığa gəliblər.
Demokrat.az xəbər verir ki, bu barədə "Extra News" telekanalı məlumat yayıb.
Bildirilib ki, razılıq Misirin fəal vasitəçiliyi ilə əldə olunub.
Qeyd edək ki, bir neçə gündür İsrail və Fələstin arasında gərginlik artıb. Hər iki tərəf bir-birinə qarşı raket hücumları həyata keçirib.


