Kriminal Özəl

Goranboyda arvadını öldürən şəxsin məhkəməsi başlayır

Goranboyda arvadını öldürən şəxsin məhkəməsi başlayır

Goranboy rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Atəş Ələkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası mayın 25-nə təyin edilib.

İttihama görə, bu ilin yanvarın 26-da, saat 14 radələrində Goranboy rayonunun Baxçakürd kəndi ərazisində 1976-cı il təvəllüdlü Sevinc Məmmədovanın bıçaqla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən əri, 1974-cü il təvəllüdlü Atəş Ələkbərov saxlanılıb.

Atəş Ələkbərov Sevinc Məmmədovanı Niva markalı avtomobilində bıçaqlayıb.

Qətlə yetirilən qadın uzun illərdir ki, Atəş Ələkbərovla qeyri-rəsmi nikahda olub. Onların bir övladı da var.

İstintaq orqanı tərəfindən Atəş Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az