Kriminal Özəl

Gəncədə oğul anasına xəsarət yetirdi

Gəncədə oğul anasına xəsarət yetirdi

Gəncə şəhərində 1986-cı il təvəllüdlü Muxtar ailə münaqişəsi zəminində anası Aynurəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Gəncə şəhəri, Türklər qəsəbəsində baş verib.

Muxtar anası ilə aralarında baş vermiş şəxsi mübahisə zamanı əl zərbələri ilə onun üz nahiyəsindən vuraraq ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Muxtarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Muxtar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, anası Aynurə onun arvadı Südabə ilə yola getməyib: “Hadisə günü, saat 17 radələrində anamın yaşadığı evə gedərək onunla mübahisə etdim. Ondan nə üçün arvadımın haqqında pis fikirdə olduğunu soruşdum. Həmin vaxt anam arvadımın gəlin ola bilməyəcəyini dedikdə əsəbləşdim. Qəfildən anamın sifətinə yumruq zərbələri vuraraq onu döydüm”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Aynurənin sözlərinə görə, oğlu evlidir, ailəsi ilə başqa ünvanda yaşayır: “Oğlum evləndikdən sonra mənə qarşı soyuyub, davranır və hörmət etmir. Heç bir əsaslı səbb olmadan oğlum mənimlə mübahisə edir. Hadisə günü, saat 17 radələrində oğlum yaşadığım evə gələrək orada mənimlə mübahisə etdi. Ona arvadının barəsində pis fikirdə olduğumu dedim. Oğlum qəfildən əlləri ilə sifətimə yumruq zərbələri vuraraq məni döydü”.

Bu cinayət işinə Gəncə şəhər Məhkəməsində baxılır.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Muxtarın barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az