Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş böyük konsert proqramı təşkil olunub.
Demokrat.az xəbər verir ki, konsertdə şəhər rəsmiləri ilə yanaşı 50 minə yaxın şəhər sakini iştirak edib.
Ulu Öndər Heydər Əliyevin yubileyinə həsr olunmuş konsertdə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistləri və Türkiyənin tanınmış müğənnisi Rafet El Roman müxtəlif mahnılar ifa ediblər.
Heydər Əliyev parkındakı "Zəfər Tağının" önündə keçirilən konsert proqramının sonunda möhtəşəm atəşfəşanlıq olub.//Report





