Kriminal Özəl

Cəlilabadda arvadını söyən sərxoş kişi həbs edildi

Cəlilabadda arvadını söyən sərxoş kişi həbs edildi

Cəlilabad rayonunda kişi arvadını söydüyü üçün həbs edilib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Göytəpə şəhərində baş verib.

Cəlilabad şəhər sakini, 1986-cı il təvəllüdlü Vüsal sərxoş vəziyyətdə arvadı Baharın (adlar şərti verilib – red.) işlədiyi “Lider” marketin qarşısına gəlib. Orada arvadının ünvanına nalayiq söyüşlər söyüb.

Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

İşə Cəlilabad rayon Məhkəməsində baxılıb.

Məhkəmənin qərarına əsasən Vüsal 10 gün müddətinə həbs edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova