Kriminal Özəl

Serbiyada növbəti silahlı hücum: 8 ölü, 13 yaralı

Serbiyada növbəti silahlı hücum: 8 ölü, 13 yaralı

Serbiyada ibtidai məktəbdə törədilən silahlı hücumdan bir gün sonra növbəti qanlı faciə yaşanıb.

Demokrat.az xəbər verir ki, növbəti silahlı hücum nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

Məsələ ilə bağlı Serbiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, hərəkətdə olan naməlum avtomobildən insanlara atəş açılıb. Nəticədə 8 nəfər ölüb, 13 nəfər isə ağır yaralanıb.

Silahlı hücumu törətmiş şəxs hadisə yerindən qaçıb. Hazırda onun barəsində axtarış tədbirləri görülür.

Aysu Demokrat.az

D
demokrat.az