Dünya

Peru qeyri-qanuni immiqrantları deportasiya edəcək

Peru qeyri-qanuni immiqrantları deportasiya edəcək

Peru ölkəyə qanunsuzyollarla daxil olan qeyri-qanunimühacirləri deportasiya edəcək.

Bu barədə ölkənin Baş naziri Alberto Otarola jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə qanuni olaraq işləyən əcnəbilərlə problem yaşamırlar.

“Siyasətimiz bir qrupa qarşı deyil, məqsədimiz Perunu qorumaq və zorakılıq dalğasının qarşısını almaqdır”, - deyə o qeyd edib.

Son zamanlar ölkədə cinayət statistikasında ciddi artım olduğunu qeyd edən Otarola Peru-Çili sərhədində qapalı qalan nizamsız miqrantlarla Çili təhlükəsizlik qüvvələri arasında qarşıdurma yaşandığını deyib.

Peru Prezidenti Dina Boluarte aprelin 27-də verdiyi açıqlamada son vaxtlar ölkəyə qeyri-qanuni yollarla daxil olan immiqrantların sayında ciddi artım olduğunu bildirib və qeyri-qanuni keçidlərə nəzarət etmək üçün sərhədlərdə fövqəladə vəziyyət elan etdiklərini açıqlayıb.

NE
Nihadə Eyyubova