Kriminal Özəl

Məhkəmə narkotik alverində ittiham olunan şəxsə bəraət verdi

Məhkəmə narkotik alverində ittiham olunan şəxsə bəraət verdi

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Böyükağa Baxşiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, Böyükağa Baxşiyevin təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib.

Qeyd edək ki, Böyükağa Baxışiyev Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə təqsirli bilinirdi.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova