Dünya Özəl

Bukingem Sarayına HÜCUM CƏHDİ

Bukingem Sarayına HÜCUM CƏHDİ

İngiltərə kralı III Çarlzın tacqoyma mərasiminə hazırlaşarkən qorxulu hadisə yaşanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.

Bildirilib ki, məşhur Bukingem Krallıq Sarayının ərazisinə ov tüfəngi atmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Lakin sonra şübhəlinin üzərində bıçaq olduğu, odlu silah olmadığı öyrənilib.

Hadisədən sonra dərhal sarayın müəyyən ərazisi mühasirəyə alınıb.

Kral Çarlzın həmin vaxt sarayda olmadığı bildirilib.

Qeyd edək ki, kral III Çarlzın tacqoyma mərasimi mayın 6-da keçiriləcək.

Aysu Demokrat.az

D
demokrat.az