Dostları ilə balıq tutarkən naməlum şəkildə yoxa çıxan kişinin cəsədi timsahın mədəsindən tapılıb.
Demokrat.az "BBC"ə istinadən xəbər verir ki, hadisə Avstraliyanın Şimali Kvinslend ərazisində baş verib.
Bildirilib ki, balıqçı sonuncu dəfə şənbə günü görülüb.
Ərazidə axtarışlar 2 gün davam edib.
Polisin bu müddət ərzində öldürdüyü 2 böyük timsahdan birində insan hissələri tapılıb.
Qeyd edək ki, 65 yaşlı kişinin təcrübəli balıqçı olduğu bildirilir.
Aysu Demokrat.az


