Sudandakı şiddətli toqquşmaların başlamasından bəri 100 mindən çox insan ölkəni tərk edib.
Demokrat.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) açıqlama yayıb.
Rəsmilər xəbərdarlıq edib ki, döyüşlər bitməsə, böyük fəlakət baş verə bilər.
Qeyd edək ki, Xartumda qüvvədə olan atəşkəsə baxmayaraq ordu ilə hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələri arasında qarşıdurmalar davam edir.
Aysu Demokrat.az


