Hadisə

BDU-da YANĞIN TƏHLÜKƏSİ: FHN çağırıldı — VİDEO

BDU-da YANĞIN TƏHLÜKƏSİ: FHN çağırıldı — VİDEO

Bakı Dövlət Universitetində (BDU) yanğın olması ilə bağlı sosial şəbəkələrdə xəbər yayılıb.

Məlumata görə, universitetdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.

BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Quliyeva Lent.az-a açıqlamasında bildirib ki, universitetdə yanğın olmayıb:

"Sadəcə elektrik naqilində tüstülənmə olub və yanğın olma təhlükəsi nəzərə alınaraq əraziyə FHN çağırılıb".

D
demokrat.az