ABŞ-ın Teksas ştatında silahlı şəxs biri uşaq olmaqla 5 nəfəri öldürüb.
Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ polisi açıqlama yayıb.
Bildirilib ki, hücumçu əvvəlcə öz həyətində atəş açıb.
Qonşular bundan narazı olduqlarını bildirib və silahlı şəxs onlara hücum edib.
Hücum nəticəsində 1-i azyaşlı olmaqla 5 nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


