Türkiyə Superliqasında İstanbul derbisi keçirilib. 32-ci turda "Beşiktaş" klubu öz meydanında"Qalatasaray"ı qəbul edib. "Vodafon Park" stadionunda oynanılan görüşdə meydan sahiblərihesabda 0:1 geridə olsa da, yekunda 3:1 hesablı qələbə qazanıb. Komandalar arasındakı bundan əvvəlki oyunda "Qalatasaray" 2:1 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, "Qalatasaray" turnir cədvəlində 70 xalla (30 oyun) 1-ci, "Beşiktaş" 65 xalla (31 oyun) 3-cüdür. "Fənərbaxça" isə 67 xalla (30 oyun) 2-cidir.
“Beşiktaş” “Qalatasaray”a qalib gəldi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


