Dünya Özəl

Putindən təklif: Məktəblərdə PUA təlimi veriləcək

Putindən təklif: Məktəblərdə PUA təlimi veriləcək

Rusiya prezidenti Vladimir Putin PUA-dan istifadə dərslərinin ibtidai sinifdən başlayaraq kurrikuluma daxil edilməli olduğunu bildirib.

Demokrat.az xəbər verir ki, bu barədə "Sputnik" xəbər agentliyi məlumat yayıb.

Pilotsuz aviasiya sistemlərinin inkişafı ilə bağlı danışan Putin, bəzi şirkətlərin məktəblərdə PUA-lardan istifadəsi üçün təlim təklif etdiyini söyləyib.

Bu təklifi tam dəstəklədiyini və uşaqların PUA-lardan istifadə, toplama və konfiqurasiya bacarıqlarını ibtidai məktəbdən əldə edəcəklərini qeyd edən prezident, erkən karyera yönümünün ölkəyə fayda verəcəyini qeyd edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova