Hadisə Özəl

Türkiyə təyyarəsinə hücum olundu

Türkiyə təyyarəsinə hücum olundu

Sudanda Türkiyə vətəndaşlarını təxliyə etmək üçün ölkəyə gedən təyyarəyə bu gün silahlı şəxslər tərəfindən atəş açılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Təyyarənin qəzasız eniş etdiyi və şəxsi heyətin xəsarət almadığı bildirilib.

Qeyd edək ki, Sudanda tərəflər bu gün verdikləri bəyanatla sona çatan atəşkəsin daha 3 gün uzadılmasına qərar veriblər. Bölgədə atışmalar hələ də davam edir.

Aysu Demokrat.az

D
demokrat.az