"Bəli, nişanlanmışıq. Pis nə etmişik ki?"
BunuNews24.az-a açıqlamasında şəhid Elçin Mustafazadənin qardaşı Elvin Mustafazadə deyib:
"Bizim nişanlanmağımız bu insanları niyə maraqlandırır axı... Kiminnəyinə lazımdır?! Mən heç kimə heç nə açıqlamaq məcburiyyətində deyiləm. Nə istəyirlər, onu da düşünsünlər. Mənim böyüklərim var, öz qərarlarım var. İnsanların sosial şəbəkədə nə yazması məni maraqlandırmır. Nişan şəkillərini də məndən icazəsiz paylaşıblar. Şəhidin evinin yerini bilməyən, ailəsini tanımayan insanlar indi bizi müzakirə edirlər?! Bəli, nişanlanmışıq. Pis nə etmişik ki? Məleykə istədiyi zaman gedib qardaşımın məzarını ziyarət edəcək. İstədiyi zaman onun haqqındadanışacaq"


