Dünya Özəl

Almaniyadakı türklər Türkiyənin yeni prezidentini seçirlər

Almaniyadakı türklər Türkiyənin yeni prezidentini seçirlər

Xaricdəki türklər üçün seçki həyəcanı erkən başlayıb. Almaniyada yaşayan seçicilər seçki məntəqələrinə gedərək səslərini veriblər.

Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.

Məlumata əsasən, paytaxt Berlin, Frankfurt, Köln və bir çox başqa şəhərlərdə seçicilər qurulan seçki qutularına axışıb.

Yerli vaxtla səhər saat 10-da seçki qutuları açılıb. 1,5 milyondan çox seçicinin səsvermə prosesi baş tutub.

Berlin Baş Konsulluğu binasının bağçasında uzun növbələr yaranıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova