ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində yenidən namizədliyini irəli sürəcəyini açıqlayıb.
Demokrat.az xəbər verir ki, prezident bu barədə öz sosial media hesabında paylaşım edib.
O, 3 dəqiqəlik video ilə 5 noyabr 2024-cü ildə keçiriləcək seçkidə yarışacağını açıqlayıb.
Eyni zamanda paylaşımında "Hər nəslin demokratiya və azadlıq üçün ayağa qalxdığı bir zaman var. Düşünürəm ki, bizim də vaxtımızdır" sözlərindən istifadə edib.
Qeyd edək ki, paylaşımda abort hüquqları, demokratiyanın qorunması, səsvermə hüquqları və sosial təminat məsələlərinə toxunulur.
Aysu Demokrat.az


