Sənaye və energetika

Rumıniyanın energetika naziri: "Bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam"

Rumıniyanın energetika naziri: Bu Anlaşma Memorandumunu imzalamaqdan çox məmnunam

Burada olmağımdan və bu anlaşma memorandumunu imzalamaqdan çox məmnunam. Əməkdaşlıq və həmrəylik bir il ərzində nə etdiklərimizə cavabdır.

APA xəbər verir ki, bunu Sofiyada Anlaşma Memorandumunun imzalanma mərasimində Rumıniyanın energetika naziri Vircil Daniyel Popesku deyib.

“Memorandumu imzaladıqdan sonra edəcəyimiz və etməli olduğumuz çox şey var. Növbəti qışda qarşılaşacağımız çağırışlar olacaq. Düşünürəm ki bu memorandum Türkiyə, Ukrayna və Moldova kimi ölkələr üçün də qapılarını açıq saxlamalıdır. Təbii ki, bu həmrəylik memorandumu çərçivəsində biz onlarla da əməkdaşlıq etməliyik. Biz böyük böhranlarla üzləşirik, lakin birlikdə onlara güc gələ bilərik”.

D
demokrat.az